ƏLİ İBN MUSA

(148/765 – 203/818) – Əhli-beytdən Musa ibn Cəfərin (Kazımın) oğlu olmuşdur. Onu Rıza da adlandırırlar. Əli ibn Musa Quran, hədis və fiqh elminin bilicisi olmuşdur. O, həm də gözəl natiq kimi tanınmışdır. Əli ibn Musa Mədinədə yaşamışdır. Xəlifə Məmun (198/813 – 218/833) Əlinin soyu ilə yaxınlıq etmək istəmişdir. Ona görə də o, Əli ibn Musanı (Rızanı) Mədinədən özünün Mərvdəki iqamətgahına dəvət etmişdir. Xəlifə onu öz varisi elan etmişdir. Məmunun qızı Əli ibn Musanın, ikinci qızı isə onun oğlu Məhəmməd ibn Əlinin həyat yoldaşı olmuşdur. Ancaq, digər Abbasilər Məmunun bu addımlarına qarşı çıxış edərək onu devirib, əmisi İbrahim ibn Mehdini Bağdadda xəlifə elan etdilər. Buna görə də, Məmun Bağdadan getməli oldu, Əli ibn Musanı da özü ilə apardı. Ancaq, yolda Əli ibn Musa Tus şəhərində olarkən dünyasını dəyişdi. Onun Məmunun göstərişi ilə öldürüldüyünü də ehtimal edənlər vardır. Əli ibn Musa (Rıza) isna-əşəri şiələrinin səkkizinci günahsız imamıdır. Onun Məşhəddəki məzarı şiələrin müqəddəs ziyarət yeridir.
ƏLİ İBN MƏHƏMMƏD
ƏLİ SOYU
OBASTAN VİKİ
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
Hüseyn ibn Əli
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Həsən ibn Əli
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Möhsün ibn Əli

Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Ömər ibn Əli
Ömər ibn Əli (ərəb. عُمَر بن عَلیّ‎) — Ömər əl-Ətrəf kimi də tanınan, qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və Əl-Səhbə binti Rəbiənin oğludur. Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər, onun ləqəbi Əbu əl-Qasim və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir. Bəziləri onun adını Layla binti Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir. Rəvayət olunur ki, Ömər Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Sünni fəqih Axtab Xorəzm qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib.
Əli ibn Heysam
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli ibn Heysəm

Əli ibn Hüseyn
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
Əli ibn Yusif
Əli ibn Yusif ibn Taşfin (1084–1143) — Əlmürabilər sülaləsinin əmiri. 1084-cü ildə Səbtədə (Cəuta) doğuldu. Əlmürabilər dövlətinin qurucusu Yusif ibn Taşfinin beş oğlundan biridir. Anası xristian bir cariyədir. Atası tərəfindən vəliəhd təyin edildi. Parlaq zəkasıyla diqqətləri üzərinə çəkdi və on səkkiz yaşında ikən Divan-ı Məzalimə nəzarət etməklə vəzifələndirildi. Atasının ölümü üzərinə qardaşı Əbu Tahir Təmim ilə Lemtunə və digər Sanhacə qəbilələrindən biat alaraq "əmirül-müslimin" ünvanıyla Mərakeşdə taxta çıxdı (1106). Ölkənin hər tərəfinə xəbər göndərib biət istədi. Qardaşıoğlu Yəhya ibn Əbu Bəkrin vali olduğu Fas şəhəri xariç bütün şəhərlər itaat ərz etdilər. Əli dərhal onun üzərinə yürüdü və 7 dekabr 1106-cı il tarixində Fasa girərək onu biətə məcbur etdi.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir. Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲".
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].
Musa ibn Cəfər Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə[d]) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Əli ibn Yusif ibn Ömər
Əli ibn Yusif ibn Ömər (ərəb. علي بن يوسف بن عمر‎ )— təqribən 915–925-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq beşinci əmir Yusifin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Yusifdən sonra hakimiyyətə gəldiyi, təxminən 915-ci ildən 925-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta əmisi Əhməd ibn Ömər çıxmışdır. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əli ibn İsa ibn Cərrah
Əli ibn İsa ibn Davud ibn Cərrah (859 – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur. Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır. van Berkel, Maaike M. L. (2013). "ʿAlī b. ʿĪsā b. Dāʾūd b. al-Jarrāḥ".
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
İmam Həsən ibn Əli

Hüseyn ibn Əli (dəqiqləşdirmə)
Hüseyn ibn Əli — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə.